99 milyon illik kəhrəba içində “zombi göbələk” izləri tapıldı Dünya

99 milyon illik kəhrəba içində “zombi göbələk” izləri tapıldı

Alimlər, 99 milyon il yaşı olan kəhrəba içində başından göbələk çıxmış bir milçək və oxşar şəkildə yoluxmuş bir gənc qarışqa aşkarlayıblar. Bu tapıntılar, “The Last of Us” serialına ilham verən zombi göbələklərin dinozavrlarla eyni dövrdə mövcud olduğunu göstərir.

Xalqcebhesi.az xəbər verir ki, Çinin Yunnan Universitetindən tədqiqatçılar, kəhrəba fosilini mikroskop və 3D görüntüləmə texnikaları ilə incələyiblər. Nəticədə, əvvəllər məlum olmayan iki yeni göbələk növü müəyyən edilib:

Paleoophiocordyceps gerontoformicae (qarışqada)

Paleoophiocordyceps ironomyiae (milçəkdə)

Bu parazit göbələklər, qədim dövrlərdə də həşəratların bədənini ələ keçirib, ehtimal ki, onların davranışlarını da idarə edirmiş. Araşdırma, müasir “zombi qarışqa göbələklərinin” bu qədim növlərdən törəmiş ola biləcəyini göstərir.

Məryəm Quliyeva