25 İyun 2025 17:13
2 604
ABŞ-da Prezident Donald Trampın Harvard Universitetində xarici tələbələrin təhsil almasına qoyduğu qadağanın dayandırıldığı bildirilib.
ABŞ-ın Boston dairə hakimi Allison Burroughs, Tramp administrasiyasının “xarici tələbələrin Harvard Universitetində təhsil almaq üçün ölkəyə girişinə mane olmaq” cəhdinə dair qərarını açıqlayıb.
Xalqcebhesi.az-ın məlumatına görə, Federal hakim Burroughs bildirib ki, Tramp administrasiyasının “nüfuzlu akademik quruma nəzarət etmək üçün etdiyi bu səhv cəhd” ifadə azadlığını təhdid edir.
O əlavə edib ki, bu iş ifadə və fikir azadlığının qorunması ilə bağlıdır və məhz bu səbəbdən Tramp administrasiyasının qərarı dayandırılıb.
Məryəm Quliyeva
1 May 22:11
1 022
1 May 21:23
1 155
1 May 21:19
1 008