Putin həbsinə dair qərara görə Braziliyada BRICS sammitinə getməyəcək Dünya

Putin həbsinə dair qərara görə Braziliyada BRICS sammitinə getməyəcək

Rusiya prezidenti Vladimir Putin BRICS Sammitinə getməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Putin Brazilyada keçiriləcək BRICS sammitinə videokonfrans vasitəsi ilə qatılacaq.

Uşakov RF prezidentinin sammitə getməməsinin səbəbini Beynəlxalq Cinayət Məhkəməsinin tələbləri kontekstində müəyyən çətinliklərlə əlaqələndirib: "Braziliya prezidentimizin bu iclasda şəxsi iştirak etməsinə imkan verən dəqiq bir mövqe tuta bilməyib".

Kreml rəsmisi sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyini söyləyib.

Qeyd edib edək ki, Çin lideri Si Cinpin də Braziliyada keçiriləcək BRICS sammitinə qatılmayacaq.