

Netanyahunun ofisi: ABŞ-ın Fordo zavoduna zərbəsi uranın zənginləşdirilməsi obyektini sıradan çıxardı
Xalqcebhesi.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamaya görə, ABŞ-ın İranda yerləşən Fordo nüvə obyektinə endirdiyi zərbə, uranın zənginləşdirilməsi üçün həyati əhəmiyyət daşıyan infrastrukturu məhv edib və obyektin fəaliyyətini dayandırıb.
Açıqlamada bildirilir ki, ABŞ-ın İranın nüvə obyektlərinə, İsrailin isə hərbi nüvə proqramının digər hissələrinə endirdiyi zərbələr, İranın nüvə silahı hazırlamaq imkanlarını uzun illər geriyə atıb.
Həmçinin qeyd olunub ki, bu “strateji nəticə” yalnız o halda davamlı ola bilər ki, İran yenidən nüvə materiallarına çıxış əldə etməsin.
Məryəm Quliyeva