

ABŞ-da yerləşən Vera C. Rubin Rəsədxanası ilk müşahidələrini paylaşıb. Nəhəng teleskop cəmi 10 saat ərzində 10 milyon qalaktikanı və 2 mindən çox yeni asteroidi qeydə alıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Milli Elm Fondu (NSF) və Energetika Nazirliyinin birgə layihəsi ilə inşa olunan Vera C. Rubin Rəsədxanası, kainatın dərinliklərinə dair ilk görüntülərini yayımlayıb. Elm dünyası tərəfindən “kainatın sirlərini açmağa namizəd” kimi tanınan bu rəsədxana, 3.200 meqapiksellik kamerası ilə dünyanın ən böyük rəqəmsal “gözü”nü kosmosa yönəldib.
Göz qamaşdıran detallarla dolu: 5 gigapiksellik qalaktika mozaikası
İlk görüntülər arasında Samanyolu qalaktikasında yerləşən Trifid və Lagoon dumanlıqlarının nəhəng mozaika görünüşü xüsusi diqqət çəkir. Cəmi 7,2 saatlıq çəkilişdə teleskop 678 ayrı kadr alaraq onları birləşdirib və təxminən 5 gigapiksellik möhtəşəm bir təsvir yaradıb. Bu bölgələr, ulduz yaranmasının intensiv olduğu molekulyar buludlarla zəngindir.
Məryəm Quliyeva