Tovuzda avtomobil hasara çırpılıb, bir nəfər xəsarət alıb Hadisə

Tovuzda avtomobil hasara çırpılıb, bir nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.