

Pakistanda güclü yağış və fırtına 10 nəfərin ölümünə səbəb oldu.
Pakistanın Pəncab əyalətində davam edən güclü yağış və fırtına nəticəsində 10 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dawn qəzeti əyalətin xilasedici və fövqəladə halların idarə olunması orqanlarına istinadən məlumat yayıb.
Pakistan Regional Fövqəladə Hallar İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Katia bildirib ki, yağışlar 1 iyul tarixinə qədər davam edəcək və vətəndaşlar ehtiyat tədbirləri görməlidirlər.
Məryəm Quliyeva