ABŞ Çinə Ticarət Məhdudiyyətlərini Azaldır Dünya

ABŞ Çinə Ticarət Məhdudiyyətlərini Azaldır

Çin Ticarət Nazirliyi bildirib ki, iki ölkə arasında aparılan ticarət danışıqları nəticəsində əldə olunan razılaşmalara əsasən, ABŞ Çinə qarşı tətbiq etdiyi bəzi məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.

Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin açıqlamasında qeyd olunub: “Çin, ixrac nəzarəti qaydalarına tabe olan məhsullarla bağlı ixrac müraciətlərini nəzərdən keçirib təsdiq edəcək və ABŞ, Çinə qarşı qəbul edilmiş bir sıra məhdudlaşdırıcı tədbirləri ləğv edəcək.” Həmçinin, açıqlamada bildirilib ki, İngiltərənin paytaxtı Londonda keçirilən görüşdən bəri Çinli və amerikalı danışıqlarçıların sıx təmasda olduqları qeyd edilib.

Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət sazişi imzaladıqlarını bəyan etməsindən bir neçə saat sonra verilib. Ağ Ev rəsmisi isə bildirib ki, Çinlə nadir torpaq elementlərinin ABŞ-a tədarükünün sürətləndirilməsi məsələsində razılıq əldə olunub. Rəsmilərin sözlərinə görə, “Bu razılaşma, nadir torpaq elementlərinin ABŞ-a çatdırılmasını necə sürətləndirə biləcəyimizlə bağlıdır.”

Məryəm Quliyeva