Qusarda yol qəzasında 5-i Pakistan vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb - YENİLƏNİB2 - FOTO Hadisə

Qusarda yol qəzasında 5-i Pakistan vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb - YENİLƏNİB2 - FOTO

27.06.2025-ci il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu haqda APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1994-cü (qadın cinsli) və 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

5 nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

***

17:12

Qusarda baş verən yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub. Onların 5-i Pakistan (Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem, Umair Rafique,) ikisi Azərbaycan vətəndaşlarıdır (Sahil Rüstəmov və bacısı Günay Məmmədova).

***

16.22

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Qusar-Şahdağ yolunda “Chevrolet” və “Kia” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 2-si Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qusarda yol qəzasında 5-i Pakistan vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb - YENİLƏNİB2  - FOTO Qusarda yol qəzasında 5-i Pakistan vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb - YENİLƏNİB2  - FOTO Qusarda yol qəzasında 5-i Pakistan vətəndaşı olmaqla 7 nəfər xəsarət alıb - YENİLƏNİB2  - FOTO