30 İyun 2025 10:20
2 156
Çin Yaponiyaya məxsus dəniz məhsullarının idxalına qoyduğu qadağanı ləğv edib.
APA xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Xatırladaq ki, 2011-ci ildə Fukuşima atom elektrik stansiyasının sunami nəticəsində zərər görməsi və radioaktiv maddələrin okeana axması ehtimalı səbəbindən, Çin 2023-cü ildə Yaponiyadan dəniz məhsullarının idxalına qadağa qoymuşdu.