

29 İyun 17:37
29 İyun 16:08
29 İyun 14:57
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilinin şimalında yerləşən Kalkikyanın şərqindəki Azzun qəsəbəsində 100 zeytun tingi, 80 zeytun və sitrus ağacını kökündən qoparıblar.
Fələstin torpaqlarını qəsb edən israillilər kənd təsərrüfatı avadanlıqlarını oğurlayıb, ərazidəki su şəbəkələrini dağıdıblar.
Bu hücumun ilk olmadığı, eyni bölgədə Fələstin torpaqlarına hücumların təkrarlandığı deyilir.
Bildirilib ki, Fələstin torpaqlarını qəsb edən israillilər may ayında işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə və onların mülklərinə qarşı 415 hücum həyata keçirib.
Qəzzaya edilən hücumlarla eyni vaxtda İsrail ordusu və Fələstin torpaqlarını zəbt edən israillilər Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində hücumlarını intensivləşdirib. Fələstinin rəsmi məlumatlarına görə, 7 oktyabr 2023-cü ildən bu yana bu hücumlarda ən azı 986 fələstinli həlak olub, təxminən 7000 nəfər isə yaralanıb.