9 Aprel 15:21
2 401
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən görülür.
1 İyul 20:48
1 036
1 İyul 12:59
1 400
1 İyul 12:45
1 204