28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
9 Aprel 14:16
2 982
“Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının 2030-cu ilə qədər müəyyən etdiyi beş Milli Prioritetdən biri kimi mühüm strateji əhəmiyyət daşıyır”.
Bu sözləri deputat Tənzilə Rüstəmxanlı “xalqcebhesi.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, eləcə də qəbul olunan digər sənədlər və icra edilən genişmiqyaslı layihələr ölkənin yeni inkişaf mərhələsində qarşıya qoyulan hədəflərin reallaşmasına xidmət edir:
“Bu proqram dövlətin Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması və uzunmüddətli iqtisadi inkişafın formalaşdırılması istiqamətində qətiyyətli siyasətinin bariz nümunəsidir.İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiyyatına inteqrasiyası əsas prioritet kimi müəyyənləşdirilib. Proqram çərçivəsində müasir biznes mühitinin yaradılması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və insanların öz doğma yurdlarına qayıdışının təmin olunması başlıca məqsədlər sırasındadır. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün “Böyük Qayıdış”ı təmin edən infrastrukturun qurulması xüsusi önəm daşıyır və bu prosesdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilir.
Deputat sonda bildirib ki, azad edilmiş ərazilərin zəngin sosial-iqtisadi potensialı və müasir qlobal çağırışlar nəzərə alınmaqla həyata keçirilən tədbirlər regionun davamlı və dayanıqlı inkişafına zəmin yaradır.
Günel Elxan
28 Avqust 19:34
994
28 Avqust 19:33
896
28 Avqust 17:33
2 212