18:10
602
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçirilir.
Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüslərindən biridir. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.
Aprel ayında qastrol proqramı Xırdalan, Lənkəran, Sumqayıt, Xızı, Mingəçevir və Zaqatala şəhərlərini əhatə edir.
Aprel ayı konsert proqramı:
11 aprel – Xırdalan şəhəri
Abşeron rayon Mədəniyyət Mərkəzi | 15:00
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
15 aprel – Lənkəran şəhəri
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 16:00
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı
18 aprel – Sumqayıt şəhəri
"Kimyaçı" Mədəniyyət Sarayı | 15:00
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri
20 aprel – Lənkəran şəhəri
Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi | 16:00
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri
22 aprel – Xızı şəhəri
Heydər Əliyev Mərkəzi | 16:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Simli Kvarteti
23 aprel – Mingəçevir şəhəri
Heydər Əliyev Mərkəzi | 17:00
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri
27 aprel – Zaqatala şəhəri
Zaqatala rayon Mədəniyyət Mərkəzi | 16:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri
29 aprel – Sumqayıt şəhəri
"Kimyaçı" Mədəniyyət Sarayı |18:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri və xor kollektivi