15:43
1 337
İranın Ali Rəhbəri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkəni idarə edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xatibzadə bəyan edib.
"O, yaxşı sağlamlıq vəziyyətindədir və hər şeyi nəzarətdə saxlayır", — deyə diplomat bildirib.
Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması barədə suala cavab verən XİN rəhbərinin müavini, ABŞ-ın "bütün beynəlxalq qanunları pozaraq dövlət başçısını qətlə yetirdiyi" hazırkı son dərəcə təhlükəli vəziyyəti nəzərə almağa çağırıb. Xatibzadə əlavə edib ki, ABŞ-ın İsraildəki tərəfdaşları "kimisə qətlə yetirməkdən çəkinməyəcəklər".
Məryəm Quliyeva