Tramp Putin dən narazıdır, amma ona kompliment deməkdən çəkinmir Dünya

Tramp Putin dən narazıdır, amma ona kompliment deməkdən çəkinmir

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı mənfi bəyanatları kifayət qədər radikal olmayıb, ABŞ-ın Ukraynaya yardımı isə Qərbin ilkin olaraq gözlədiyindən az olub.

Bu fikri Almaniyanın “Der Spiegel” qəzeti öz analitik məqaləsində qeyd edib.

Bəli, Ukrayna yəqin ki, yaxın gələcəkdə çox ehtiyac duyulan hərbi texnika alacaq. Nəşr hesab edir ki, Vaşinqtonda və bir sıra Avropa paytaxtlarında gözləntilər fərqli olduğu halda, Vladimir Putin növbəti dəfə vaxt qazanıb”.

"Der Spiegel” yazır ki, Vaşinqton administrasiyasının rəhbəri Ukraynadakı münaqişənin həlli məsələsinə ABŞ üçün faydaları nəzərə alaraq yanaşır ki, bu da Avropa ictimaiyyətinə yaraşmır.

Qəzet onu da diqqətə çatdırır ki, Kiyevə tədarük edilən silahların miqdarı ilə bağlı məlumat qeyri-müəyyəndir və məlum olan texnika ABŞ büdcəsindən ödənilməyəcək, əksinə, avadanlıq və təchizat xərclərini Avropa İttifaqına üzv dövlətlərin hesabına ödəməklə Amerika tərəfinə əlavə üstünlüklər verəcək.

Bundan əlavə, nəşrin qeyd etdiyi kimi, Tramp da Putindən narazı olduğu barədə açıqlamalarına baxmayaraq, ona kompliment deməkdən çəkinmir.

Cavid