

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 69,07 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,28% azalaraq 66,79 ABŞ dollarına bərabər olub.