“Araz-Naxçıvan” Türkiyədə növbəti yoxlama oyununu keçirib İdman

“Araz-Naxçıvan” Türkiyədə növbəti yoxlama oyununu keçirib

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” növbəti yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Elmar Baxşıyevin baş məçqçisi olduğu kollektiv Türkiyə Superliqasında çıxış edən “Konyaspor”la üz-üzə gəlib.

Qarşılaşma Konya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib.