“SEPAH İran rejiminin onurğa sütunudur”
23 Yanvar 21:20
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
23 Yanvar 15:06
17 İyul 2025 20:45
2 324
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə mexanikləşdirilmiş minatəmizləmə üçün altı müasir uzaqdan idarə olunan maşın və ehtiyat hissələrinin tam dəstini verib.
“Report” xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Məlumata görə, yardım paketinə saatda 3 000 m²-ə qədər məhsuldarlığa malik iki ağır sinif maşın və saatda 2 500 m²-ə qədər təmizlik qabiliyyətinə malik dörd orta sinif maşın daxildir. Maşınların hamısı 1 500 metrə qədər məsafədən idarə oluna bilir ki, bu da istehkamçılar üçün riskləri əhəmiyyətli dərəcədə azaldır.
Yaxın gələcəkdə maşınlar Ukraynanın üç regionunda istifadə olunacaq.
Maşınlar Xorvatiya, Fransa, Niderland və İsveç hökumətlərinin maliyyə dəstəyi ilə alınaraq Ukrayna tərəfinə təhvil verilib.
23 Yanvar 22:25
945
23 Yanvar 21:45
938
23 Yanvar 20:43
980