İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 59 587 nəfərə çatıb Dünya

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 59 587 nəfərə çatıb

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşıb.

Açıqlamada Qəzzadakı xəstəxanalara son 24 saatda 89 nəfər ölü, 453 nəfər yaralı gətirildiyi qeyd edilib.

Bildirək ki, yanvarın 19-da razılaşdırılmış atəşkəsin pozulmasından sonra İsrail ordusunun martın 18-dən bəri başlatdığı hücumlarda 8447 fələstinlinin şəhid olduğu, 31457 nəfərin yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 59 587 nəfərə, yaralıların sayı isə 143 498 nəfərə çatıb.

Mayın 27-dən bu yana İsrail-ABŞ-nin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondunun humanitar yardım adı altında qurduğu paylama sahələrində fələstinliləri hədəf alan sistemli hücumlarda həlak olan fələstinlilərin sayı 23 nəfər artaraq 1083 nəfərə, yaralıların sayı isə 7275 nəfərə çatıb.

Qeyd edək ki, Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı bildirilir.