
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) yazılı açıqlama verərək Dövlət Departamentinin Ukraynaya 330 milyon dollarlıq hərbi texnika və xidmət satışına icazə verdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, 180 milyon dollarlıq satış Ukraynanın ABŞ istehsalı olan mövcud hava hücumundan müdafiə sistemlərinin saxlanılması və təkmilləşdirilməsi və onlardan istifadə üzrə şəxsi heyətin hazırlanmasına dəstək olacaq. 150 milyon dollarlıq satış ABŞ istehsalı olan M109 haubitsalarının saxlanması, təmiri və modernləşdirilməsini də dəstəkləyəcək.
Açıqlamada satışın Ukraynanın özünü indiki və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracağı və Konqresə məsələ ilə bağlı məlumat verildiyi qeyd edilib.
Konqresə göndərilən silah satışının təsdiqi üçün 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Konqresdən heç bir etiraz alınmasa, silah satışı uğurlu sayılacaq.
Qeyd edək ki, dünən ABŞ Dövlət Departamenti Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini təkmilləşdirmək və zirehli döyüş texnikası ilə təmin etmək üçün Kiyev administrasiyasına 322 milyon dollar dəyərində silah satışını təsdiqlədiyini açıqlamışdı.