Antalyada iki ayrı meşə yanğını baş verib Dünya

Antalyada iki ayrı meşə yanğını baş verib

Bu gün səhər saatlarında Türkiyənin Antalya şəhərində iki ayrı yerdə meşə yanğınları baş verib.

Xalqcəbhəsi.az “sozcu.com.tr”yə istinadla qeyd edir ki, Kurşunlu məhəlləsində səhər saat 10:00 radələrində başlayan yaşayış massivləri yaxınlığındakı yanğına Antalya Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsi və Meşə Regional Müdirliyinin qrupları operativ müdaxilə edib.

Eyni saatlarda Muratpaşa rayonunun Güzeloba məhəlləsində də yanğın baş verib. Son həftələrdə də yanğınların yaşandığı bölgədə alov sürətlə yayıldığı üçün həm qurudan, həm də havadan yanğınsöndürmə işlərinə başlanılıb.

Qeyd edək ki, yanğınların səbəbləri hələ müəyyən edilməyib. Alov yaşayış məntəqələrinə yaxınlaşdıqca sakinlər daha çox narahat olur və yanğının kontrol altına almaq çalışmaları davam edir.