Qəzzada ölənlərin sayı 62 263 nəfərə çatıb Dünya

Qəzzada ölənlərin sayı 62 263 nəfərə çatıb

İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 71 nəfər artaraq 62 min 263 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində Qəzza zolağında 71 nəfər ölüb, 251 yaralı xəstəxanalara çatdırılıb.

Məryəm Quliyeva