Aİ: Avropa İttifaqı Ukraynaya artıq 168,9 milyard avro sərf edib Dünya

Aİ: Avropa İttifaqı Ukraynaya artıq 168,9 milyard avro sərf edib

Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevral ayında başlayan müharibədən sonra Ukraynaya ümumilikdə 168,9 milyard avro ayırıb, bunlardan 59,6 milyard avro silah alışı üçün sərf edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AİK) məlumat verib.

"Aİ və onun üzv ölkələrindən gələn ümumi yardım məbləği 168,9 milyard avro təşkil edib," - deyə AİK bildirib.

Komissiya qeyd edib ki, Ukraynanın döyüş əməliyyatlarını davam etdirməsinə dəstək olmaq üçün silah alımlarına 59,6 milyard avro xərclənib. Bu məbləğ, həmçinin həm ikitərəfli təchizatları, həm də Avropa Sülh Fondunun vasitəsilə alınan silahları əhatə edir.

Ümumi məbləğə, həmçinin AİK-nın Ukrayna qaçqınlarının qəbul və yerləşdirilməsi ilə bağlı üzv ölkələrə göndərdiyi 17 milyard avro daxildir. Bu məbləğin 3,7 milyard avrosu isə Avropa yurisdiksiyalarında Rusiyanın dövlət aktivlərinin dondurulmasından əldə olunan qanunsuz mənfəətlərin yenidən investisiya edilməsi ilə əldə edilib.

Məryəm Quliyeva