8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Demokratik Konqo Respublikasında Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik"
22 Avqust 2025 18:14
3 381![]()
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində patrul qruplarına edilən silahlı hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, hücum Həş-İranşəhr yolunda yerləşən nəzarət-buraxılış məntəqəsində iki patrul dəstəsinə qarşı həyata keçirilib.
Hücum zamanı 5 polis əməkdaşı həyatını itirib. Hücumun törədicilərinin tutulması məqsədilə genişmiqyaslı əməliyyat başlatılıb.
Hücumun məsuliyyətini hələ heç bir qrup üzərinə götürməyib, amma bölgədəki mülki və hərbi hədəflərə qarşı əvvəlki hücumlara görə "Ceyş əl-Ədl" təşkilatı bu cür hadisələrə görə məsuliyyətini öz üzərinə götürüb.
Məryəm Quliyeva