"Borussiya" baş məşqçisi ilə müqaviləni yeniləyib İdman

"Borussiya" baş məşqçisi ilə müqaviləni yeniləyib

Almaniyanın "Borussiya" (Dortmund) komandası baş məşqçisi Niko Kovaçla müqaviləni yeniləyib.

AZƏRTAC Dortmund təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, xorvatiyalı mütəxəssisin sözləşməsinin müddəti 2027-ci il iyunun 30-dək uzadılıb.

Qeyd edək ki, Niko Kovaç bu ilin yanvar ayında "Borussiya"nın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.