İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Avqust 2025 14:02
5 341
26 avqust - Laçın Şəhəri Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub. Bu il tədbirlər Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev deyib.
O bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd Laçının mədəniyyətini və tarixini daha geniş auditoriyaya təqdim etmək, gəncləri və incəsənət sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya toplamaqdır.
"Düşərgə çərçivəsində gənclərin nailiyyətləri barədə fikir mübadiləsi aparılacaq və gələcək layihələrin, yeni təşkilatların təşəkkülünə zəmin yaradılacaq. Hazırda düşərgədə 21 xarici ölkədən gənclər iştirak edir. Ümumilikdə isə tədbirdə 100-ə yaxın gəncin iştirakı nəzərdə tutulub. İki gün ərzində gənclərin Laçınla tanışlığı, şəhərin mədəniyyətini yaxından öyrənməsi, müxtəlif ustad dərslərində iştirakı planlaşdırılır. Bu dərslər əsasən memarlıq qrafikası, teatr və təsviri sənət sahələrini əhatə edəcək. Eyni zamanda gənclərin əsərlərindən ibarət sərgilər də nümayiş olunacaq", - deyə Fərrux Cumayev qeyd edib.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940