Moskva “İsgəndər”lərin ixracına başlayır Dünya

Moskva “İsgəndər”lərin ixracına başlayır

Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti "İsgəndər" raketlərinin bir sıra xarici tərəfdaşlarına tədarükü ilə bağlı müraciətlərə baxır. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında federal xidmətin direktoru Dmitri Şuqayev söyləyib. O, kimlərin "İsgəndər"ləri almaq üçün müraciət etdiyini açıqlamaqdan imtina edib. Şuqayev Rusiyanın beynəlxalq öhdəliklərə əməl etdiyini və "İsgəndər"lərin tədarükündə də bunu nəzərə alacağını bildirib.
Qeyd edək ki, İsgəndər-M Rusiyanın yüksək dəqiqliyə malik raketlərindən biridir. Bu raket hazırda Rusiya ilə bərabər Ermənistan ordusunda da var.