Böyük Britaniyanın XİN rəhbəri Fələstini tanımaq planlarını təsdiqlədi Dünya

Böyük Britaniyanın XİN rəhbəri Fələstini tanımaq planlarını təsdiqlədi

Böyük Britaniya, Fələstin dövlətini tanımağı planlaşdırır və bu addımı radikal HƏMAS hərəkatının hərəkətlərinə dəstək kimi qiymətləndirmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemmi, ölkə parlamentinin İcmalar Palatasında (Aşağı palata) çıxışı zamanı bildirib.

“Fələstinin tanınmasının HƏMAS-a mükafat olduğu və ya İsrailin təhlükəsizliyinə təhdid yaratdığı fikrini səsləndirənlərə demək istəyirəm: bu, belə deyil. Fələstinin tanınması, HƏMAS-ın rədd etdiyi, iki dövlətli həll prinsipinə əsaslanır. Biz açıq şəkildə bildirmişik ki, istənilən Fələstin dövləti demilitarizasiya olunmuş olmalıdır. Fələstin Prezidenti Mahmud Abbas bunu yazılı şəkildə təsdiqləyib. Biz iki dövlətli həll yolu ilə İsrailin təhlükəsizliyinə olan dərin sadiqliyimiz arasında heç bir ziddiyyət görmürük, çünki təhlükəsizlik daimi işğal yox, sabit sərhədlər deməkdir,” – deyə Lämmi vurğulayıb.

Nazir eyni zamanda İsrailin Qəzza şəhərində apardığı hərbi əməliyyatı da pisləyib.
“Qəzza şəhərində hərbi əməliyyatların davam etdirilməsi bu böhranı daha da dərinləşdirəcək və uzadacaq. Biz tərəfdaşlarımızla birlikdə bu əməliyyatın dərhal dayandırılmasını tələb edirik. Hər həftə yeni iztirablar gətirir,” – deyə Böyük Britaniyanın XİN rəhbəri bildirib.

Məryəm Quliyeva