

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Fransanın məlumatların qorunması orqanı olan CNIL ABŞ-ın texnologiya nəhəngi “Google” və Çinin onlayn pərakəndə satıcısı “Shein”ə ölkə qanunlarını pozduqları üçün böyük cərimələr kəsib.
Bu haqda məlumatı “Politico” yayıb.
Qeyd olunur ki, CNIL “Google”a 325 milyon avro məbləğində rekord cərimə tətbiq edib. Açıqlamaya görə, bu cərimə “Gmail” istifadəçilərinin e-mailləri arasında onların razılığı olmadan reklam göstərilməsi və “Google” hesabı yaradılarkən fransalı istifadəçilərin razılığı olmadan kukilərin yerləşdirilməsi ilə bağlıdır.
Çinin “Shein” şirkətinin İrlandiya filialı isə istifadəçilərin razılığı olmadan kukilər yerləşdirməsi, istifadəçilərin seçimlərinə hörmət etməməsi və onlara kifayət qədər məlumat verməməsi səbəbindən 150 milyon avro cərimələnib.
Bildirilir ki, “Google”a tətbiq olunan cərimə ABŞ Prezidenti Donald Trampın qəzəbinə səbəb ola bilər. Belə ki, Tramp ABŞ texnologiya şirkətlərinə qarşı “diskriminasiyaya əsaslanan” qaydalar və vergilər tətbiq edən ölkələri sərt tariflər tətbiq etməklə hədələmişdi.