Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Qara dənizdə müharibə riski

Qara dənizdə müharibə riski Dünya

Qara dənizdə müharibə riski

NATO və Rusiya hərbi donanması üz-üzə gələ bilər

Cavid

Ukrayna məsələsi NATO ilə Rusiyanı üz-üzə qoyub. tərəflər hərbi texnikalarını artıq Qara dənizdə cəmləşdirməyə başlayıblar. İlkin məlumatlara görə, may ayının sonuna kimi Qara dənizdə NATO-nun üç gəmisi qalacaq. Bunlar Fransanın "Sürkuf" freqatı, "Düpüi de Lom" kəşfiyyat gəmisi və ABŞ-ın "Vella Qalf" kreyseri olacaq.
Hazırda "Düpüi de Lom" kəşfiyyat gəmisi Bolqarıstanın Varna limanındadır. O, Qara dənizə mayın 14-də gəlib. Gəmidəki cihazlar çağdaş məlumat ötürmə növlərinin hamısını, o cümlədən elektron poçt ismarışlarını və mobil telefon danışıqlarını tutmaq imkanındadır.
Onu da bildirək ki, ABŞ hərbi-dəniz qüvvələrinin "İcis" raketdən müdafiə sistemi ilə təchiz olunmuş Donald Kuk esminesinə Fransa hərbi-dəniz qüvvələrinin iki gəmisi də qoşulacaq.
Rusiya Müdafiə Hazirliyinin iddiasına görə, bu dəfə NATO açıq şəkildə nümayiş etdirir ki, bu gəliş Ukraynadakı vəziyyətlə birbaşa bağlıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, alyans qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi NATO-nun beynəlxalq öhdəliklərinin pozulması demək olacaq.
Rusiya tərəfi bildirib ki, NATO gücləri əssasız şəkildə Qara dənizdə gərginliyi saxlayırlar.
Bu günlərdə isə ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus "USS Taylor" freqatı da Qara dənizə daxil olub.
Mediaya açıqlanan məlumata görə, hərbi gəminin missiyası "regionda sülh və sabitliyin saxlanılmasından" ibarətdir.
Qeyd edək ki, Rusiya Ankaraya Montrö Konvensiyasını pozmaq ittihamı ilə bir neçə nota verib. Hotalarda bildirilir ki, NATO ölkələrinə məxsus gəmilər Qara dəniz sularında bu konvensiyada göstərilən müddətdən çox qalmaqla beynəlxalq qanunları pozublar. "USS Taylor" freqatı bundan əvvəl də Qara dənizdə olmuş və buranı gecikmə ilə tərk etmişdi. Rusiya tərəfinin notasında deyilirdi ki, ABŞ-a məxsus "USS Taylor" freqatı Qara dənizdə icazəli müddətdən 11 gün çox qalıb və Ankara bu barədə Moskvanı xəbərdar etməyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni ittiham etmişdi ki, Ankara Qara dənizdə 21 gündən artıq qalaraq konvensiyanı pozan ABŞ hərbi gəmilərinə göz yumur.
1936-cı ildə imzalanmış və Türkiyəyə Bosfor və Dardanel boğazları üzərində tam nəzarət hüququ verən Montrö Konvensiyası Qara dənizdə sahilləri olmayan ölkələrin hərbi gəmiləri üçün xüsusi rejim nəzərdə tutur.
Konvensiyaya görə, sahilyanı olmayan ölkələrin hərbi gəmiləri Qara dənizdə 21 gün müddətindən çox qala bilməz.
Donanmaya Dəstək Ümumrusiya Hərəkatının sədri Mixail Nenaşev hesab edir ki, ABŞ Rusiyanın əsəbləri ilə oynayır. Onun fikrincə, Vaşinqtonun məqsədi Polşa, Rumıniya və Ukraynaya dəstəyini nümayiş etdirməkdir. O, Rusiyanın Qara dəniz donanmasının istənilən müdaxiləni dəf etmək gücündə olduğunu deyib: "Regionda hadisələr qorxunc ssenari üzrə inkişaf edərsə, ABŞ-ın bu gəmiləri sadəcə bir yaylım atəşi ilə batırıla bilər. Onlara nə "Tomaqavk", nə də nə də başqa raket kömək etməyəcək".
Onun sözlərinə görə, ən vacib sual ABŞ gəmilərinin öz sahillərindən beş min mil uzaqlıqda nə etməsidir: "Çox maraqlıdır, Rusiya hərbi gəmiləri Meksika körfəzinə hərbi təlimlər keçirərsə və raketdən müdafiə sistemi qurarsa, ABŞ-ın reaksiyası necə olacaq?"
Digər bir məlumata görə, Ukrayna böhranı davam etdiyi bir halda kruz raketləri ilə təchiz olunmuş Amerikanın döyüş gəmisi 23 mayda Qara dəniz sularına daxil olmaq istəyir.
"Russia Today"ın məlumatına görə, NATO Ukrayna sərhədləri yaxınlığında böhranın və bu sərhədlərdə Rusiya hərbi qüvvələrinin hərbi təlimlərinin davam etməsini nəzərə alaraq bölgədə öz hərbi iştirakını artırmaq niyyətindədir. Bu məqsəd istiqamətində Amerika "Vola Golf" hərbi gəmisini 23 mayda Qara dəniz sularına daxil etmək istəyir.
Kremldən bildirilib ki, Vladimir Putin Ukrayna sərhədləri yaxınlığında yerləşən Rusiya ordusu qüvvələrinə öz daimi bazalarına qayıtmaq əmri verib.
Bununla belə NATO bildirib ki, hələlik Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədləri yaxınlığında hərbi təlimlər keçirmələrindən sonra bu qüvvələrin öz bazalarına qayıtmalarına dair heç bir nişanə yoxdur.
Ötən gün isə ABŞ və Fransa donanmasına aid daha bir hərbi gəmi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə keçib, daha sonra oradan Qara dənizə üzüblər. "RİA" Novosti-nin verdiyi məlumata görə, Egey dənizi istiqamətindən gələn "Donald Cook" adlı ABŞ hərbi gəmisi Çanaqqala boğazına çatıb. İdarə olunan raket kompleksi olan gəmi İspaniyadan gəlib.
NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın öz ordularını Ukrayna sərhədindən geri çəkməsi ilə bağlı heç bir fakt olmadığını bildirib. Bu haqda fikrilərini "Twitter" hesabından paylaşan NATO baş katibi yazır ki, Rusiya qoşunlarının geriyə doğru heç bir hərəkəti müşahidə edilməyib: "Buna təəssüf edirəm".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki Rusiya qoşunlarının geri çəkilməyə başladığını deyib.
Kanada baş naziri Stiven Harper isə bəyan edib ki, hazırda Ərəb dənizində olan "HMCS Regina" gözətçi hərbi gəmisi NATO-nun Ukraynadakı missiyasına qoşulur: "Kanada, NATO rəhbərliyi və bizim tərəfdaşlarla "HMCS Regina" gəmisinin necə istifadə olunacağı barədə müzakirələr aparır. Bu barədə müvafiq qərar qəbul edilməyənə qədər biz gəminin Ərəb dənizini nə vaxt tərk edəcəyini və hara gedəcəyini dəqiq deyə bilmərik".
Şimali Atlantika Alyansı Qara dənizdə yeni təlimlərə start verməsi isə Rusiyanın Ukrayna ilə sərhəddə 40 min əsgər saxlamasına cavab olduğunu bildirilib. Baş katib Anders Foq Rasmussen gələcəkdə daha kəsərli addımlar atılacağını bildirib.
Yaponiya ordusu da HATO-ya dəstək nümayiş etdirib.
ABŞ prezidenti Barak Obamanın Yaponiyaya səfərindən sonra ölkənin baş naziri Sindzo Abe belə qərara gəlib ki, bundan sonra ölkə xaricindəki döyüş nöqtələrində hərbi əməliyyatlarda iştirak edə bilər. O, bununla bağlı Yaponiya konstitutsiyasında yeni dəyişikliklər nəzərdə tutan qanun layihəsinin hazırlanması haqda qərar verib.
Qanuna görə, Yaponiya NATO ilə daha sıx əməkdaşlıq etməklə yanaşı ölkə sərhədlərindən kənarda yerləşən müharibə ocaqlarında NATO cəbhəsindən birbaşa iştirak edəcək.
Məlumat üçün bildirək ki, bu vaxta qədər Yaponiya yalnız sülhməramlı qüvvələr kimi NATO sıralarında yer alırdı. Yeni qərara əsasən Yaponiya hərbi büdcəsini bir neçə dəfə artırmağı və ordusunu gücləndirməyi nəzərdə tutur.
Məhz belə bir vaxtda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiyanın Qara dəniz donanması yeni nəsil sualtı qayıqlarla və hərbi gəmilərlə təchiz olunacaq. Onun sözlərinə görə, Krım və Sevastopolun Rusiyaya birləşdirilməsindən sonra Qara dəniz donanmasının inkişaf proqramında dəyişikliklərə böyük ehtiyac var:
"Bu il Qara dəniz donanmasında havadan müdafiə sistemləri və dəniz piyada taburunun yeni hissələri yaradılacaq, həmçinin donanma yeni nəsil sualtı qayıqlarla, hərbi gəmilərlə təchiz olunacaq".
Bütün bunlara səbəb ABŞ-ın raketdən müdafiə sistemi ilə Rusiyanı nəzarət altına almağa çalışmasıdır. Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin rəhbəri Sergey Koşelev də ABŞ-ın Avropada raketdən müdafiə sistemi ilə əlaqədar fəaliyyətini davamlı şəkildə artırdığını və mövcud potensialın Rusiyanı hədəf aldığını söyləyib: "NATO-nun son dövrlər verdiyi bəyanatlar ittifaqın Rusiya əleyhinə fəaliyyətinin hər keçən gün artdığını təsdiq edir. NATO-dakı tərfdaşlarımız məsələni müzakirə əvəzinə siyasi bəyanatlarla cavab verirlər".
Aralıq dənizində daim qalmağı planlaşdıran Rusiya bölgəyə daha 3 döyüş gəmisi göndərib. ABŞ-ın Kaliforniya ştatının sahillərində və Sakit okeandakı Quam adaları üzərində Rusiya strateji bombardmançıları görünüb. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general Herbert Karlayl bildirib ki, Rusiya aviasiyası bu yolla kəşfiyyat məlumatları toplamağa çalışıb. General deyib ki, Amerikanın "F-15" qırıcıları Quam adaları üzərində Rusiyanın "Tu-95" strateji bombardmançısının görünməsi ilə bağlı havaya qaldırılıb.
Amerika HHQ komandanı Rusiya strateji aviasiyasının Koreya və Yaponiya sahillərində də intensiv uçuşlar keçirdiyini deyib. O, əlavə məlumat verməkdən imtina edib. Xatırladaq ki, "Tu-95" strateji bombardmançıları nüvə başlığı ilə təchiz olunmuş hava-yer raketləri ilə təchiz edilib və havada yanacaq götürməklə on minlərlə kilometr məsafəyə uça bilir.
NATO-nun Ukrayna ilə faəllığının artması onun göstərir ki, alyans gələcəkdə ölkənin yeni hakimiyyətin zamini olaraq çıxış etmək niyyətindədir. Bir neçə gün əvvəl NATO baş katibi Anders Foq Rasmussen bəyan edib ki, ittifaq qapılarını öz gələcəyini NATO-da görənlər üçün açıq saxlayacaq. O, xüsusi olaraq Ukrayna ilə əməkdaşlığı möhkəmləndirmək və bu ölkədəki böhranı nəzərə alaraq hərbi planlarını yenidən gözdən keçirmək niyyətində olduğunu bildirib.