Qazaxıstanda parlament birpalatalı ola bilər Dünya

Qazaxıstanda parlament birpalatalı ola bilər

"Mən özüm on il ərzində Senata rəhbərlik etmişəm və bu işi həmişə böyük şərəf və məsuliyyət kimi qəbul etmişəm. Ona görə də bu tribunadan parlament islahatı haqqında danışmaq mənim üçün asan deyil".

APA Qazaxıstan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev bildirib.

"Buna baxmayaraq, bu gün də yaxın gələcəkdə ölkəmizdə birpalatalı parlamentin yaradılması barədə təklif verəcəyəm.

Dərhal xəbərdar etmək istərdim ki, bu çox ciddi bir məsələdir, onun həllində tələsmək tamamilə yersizdir.

Güman edirəm ki, islahatın qeyri-adi xarakteri nəzərə alınmaqla müzakirənin keçirilməsi ən azı bir il çəkəcək, bundan sonra 2027-ci ildə ümumxalq referendumu keçirilə, sonra isə Konstitusiyaya lazımi dəyişikliklər edilə bilər.

Əgər biz hamımız birpalatalı parlamentin yaradılması zərurəti ilə bağlı ümumi qərara gəlsək, belə bir parlament, mənim fikrimcə, yalnız partiya siyahıları ilə seçilməlidir", - Tokayev qeyd edib.