

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Qərbi Azərbaycan əyaləti ilə Şərqi Azərbaycan əyaləti arasında yerləşən Urmu gölü tamamilə quruyub.
Gunaz.tv
Bununla bağlı İran mediası məlumat yayıb.
Ekoloji problemin bütün ətraf bölgələrə təsirinə görə, gölün quruması xəbərini Türkiyənin TRT televizya kanalı da yayıb.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.
Bundan əvvəl ekoloqlar gölün bərpa tədbirlərinin başlanılmadığı təqdirdə dünyanın ən böyük duzlu gölünün yayın sonuna qədər quruyacağı haqda xəbərdarlıq etmişdilər.
Onu da bildirək ki, İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.