“Azərbaycan və Ermənistan münasibətlərində irəliləyiş var” Gündəm

“Azərbaycan və Ermənistan münasibətlərində irəliləyiş var”

“Azərbaycan və Ermənistan münasibətlərində irəliləyiş müşahidə olunur və bu praktiki irəliləyiş artıq bir neçə aydır var. Əbu-Dabi görüşündə və ondan sonra Vaşinqton görüşündə əldə edilən razılıqlar, Vaşinqton sazişi əhəmiyyətlidir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Z.Məmmədov əlavə edib ki, bu o demək deyil ki, iki ölkə arasında çağırışlar, problemlər və ya ziddiyyətlər yoxdur: “Müxtəlif məsələlərin aradan qaldırılması üçün həm Zəngəzur dəhlizi ilə bağlı ayrıca işçi qrupu, həm sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ayrıca işi qrupu və s. kimi təmasları biz görürük. İki ölkənin Baş nazirlərin müavinlərinin görüşü həm də o deməkdir ki, Azərbaycan və Ermənistan artıq öz ərazilərində bir-biriləri ilə bundan sonra da görüşlər keçirəcək və bu görüşlərin keçirilməsi üçün üçüncü ölkənin iştirakına ehtiyac yoxdur”.

Röya İsrafilova