

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“ABŞ və Venesuela arasında vəziyyət gərgindir və hər an ABŞ-nin hərbi müdaxiləsi ola bilər. Açığı ABŞ-nin Venesuelaya genişmiqyaslı bir hərbi müdaxiləsi, müharibəsi mənə inandırıcı gəlmir. Çünki bu, çox böyük bir fəlakətli nəticələrə də gətirib çıxara bilər. Amma Maduronu fiziki məhv edə bilmək imkanını əldə etmək üçün kiçikmiqyaslı toqquşma səviyyəsində də ola bilər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M.Göyüşlü əlavə edib ki, ümumən və bütövlükdə götürəndə bu gərginlik ABŞ-nin qeyd etdiyi kimi narkokartellərə qarşı mübarizə məsələsi deyil, siyasi məsələdir: “Verilən məlumatlara görə bu, Venesuela ilə Çinin və digər anti-amerikan blokunda olan ölkələrin əməkdaşlığı dayandırmaq məqsədi güdür. Yəni məqsəd siyasi məsələdir, bəhanə isə narkokartellərdir”.
Röya İsrafilova