

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Nəyisə etmək istəməyəndə, bunu deyə bilməyəndə qarşınıza bu işi mümkünsüz edən şərtlər gəlir. Putin Zelenski ilə görüş istəmir. Onunla görüşməyi özünə sığışdırmır.
Bunu "Xalq Cəbhəsi"nə Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Zelenskini görüş üçün Moskvaya dəvətinə münasibətində deyib.
Us deyib ki, ona görə də Putin Zelenskinin qeyri-legitimliyindən və ya görüşün Moskvada keçirilə biləcəyindən danışır:
"Aydındır ki, Zelenski özünün təhlükəsizliyi üçün risklər səbəbindən Moskvaya gələ bilməz. Eyni şəkildə Zelenski Putinə Kiyevdə görüş təklif edə bilər. Putin də öz təhlükəsizliyinə risklər olduğundan Kiyevə gəlməkdən imtina edər. Ona görə də Moskvada görüş təklifi Rusiyanın müharibəni dayandırmaq istəmədiyinin növbəti təsdiqidir".
Us deyib ki, Zelenski İstanbul görüşünə qarşı deyil. Lakin
Zelenski kapitulyasiya ilə gəlmirsə Putin prinsipial olaraq görüşü istəmir. Və Ukrayna təslim olmaq istəmədiyi üçün hələlik görüş olmayacaq.
Cavid