Ağsuda avtmobil qəzası nəticəsində 1 nəfər ölüb Hadisə

Ağsuda avtmobil qəzası nəticəsində 1 nəfər ölüb

Ağsuda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün səhər saat 07 radələrində Şamaxı -Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsindən “VAZ-2106” və “Shacman” markalı yük avtomobili toqquşub.

Nəticədə “VAZ-2106”-da olan 1965-ci il təvəllüdlü Sadıqov İsa Mirələm oğlu hadisə yerində ölüb və ilkin məlumata görə xəsarət alan var.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.