İsrail Livana 8 yeni hava zərbəsi endirib Dünya

İsrail Livana 8 yeni hava zərbəsi endirib

İsrail ordusu Livanın şərqindəki Hermel bölgəsi və Baalbek əyalətinin Lebve şəhəri ətrafında 8 hava hücumu həyata keçirib.

Xalqcebhesi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Hermel bölgəsi ətrafında 7 hava hücumu həyata keçirib.
İsrail ordusu Baalbek əyalətinin Lebve şəhəri ətrafına da hava zərbələri endirib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee, Amerikanın X adlı sosial media hesabından verdiyi açıqlamada, İsrail ordusunun Livanın şərqindəki Beka vadisində Hizbullahın Rıdvan Qüvvələrinin düşərgələrinə və silah anbarlarına hücum etdiyini iddia edib.
Adraee düşərgələrin İsrailə qarşı hücumları planlaşdırmaq və hazırlamaq üçün istifadə edildiyini iddia edib və hücumların davam edəcəyi ilə hədələyib.

Məryəm Quliyeva