Andrey Şevçenko: "Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir" İdman

Andrey Şevçenko: "Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir"

AFFA tərəfindən atılan addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir.

Bunu FIFA-nın səfiri, məşhur keçmiş ukraynalı futbolçu Andrey Şevçenko Bakıda 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.

O, bu addımın gələcək nəslin inkişafında böyük rolu olacağını düşünür:

"AFFA rəhbərliyinə, həmçinin bütün Azərbaycan xalqına ölkəmə verdikləri dəstək üçün təşəkkür edirəm. Bizim üçün çox vacib gündür. Futbol stadionunun açılışıdır. Bu gələcək nəsillər üçün vacibdir. Bakı kimi gözəl şəhərdə də uşaqların inkişafına dəstək olacağım üçün çox şadam. Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün çox vacibdir".