Ermənistanda 12 nəfər qidadan zəhərlənib Dünya

Ermənistanda 12 nəfər qidadan zəhərlənib

Ermənistanda kütləvi zəhərlənmə baş verib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, Armavirdə zəhərlənənlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib.

Ermənistan Səhiyyə Nazirliyi onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Bundan əvvəl Qida Təhlükəsizliyi Müfəttişliyi 12 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Armavir tibb mərkəzinə müraciət etdiyini bildirib.