

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna matçından öncə qonaqların baş məşqçisi Sergey Rebrovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüş barədə fikirlərini bildirib.
"Ukrayna millisi sabah meydanda öz gücünü göstərməyə çalışacaq. Rəqib komandanın baş məşqçisinin bu gün postundan ayrılması bizim oyunumuza da yəqin ki, təsir edəcək. İstənilən halda bu matça ciddi hazırlaşmışıq. Sabah meydanda öz gücümüzü göstərməyə çalışacağıq. Baş məşqçi Fernandu Santuşun Azərbaycan millisindən getməsi yəqin ki, rəqib komandanın futbolçularına xüsusi motivasiya verəcək. Onlar da qələbə üçün meydana çıxacaqlar. Lakin biz 3 xalı qazanan tərəf olmaq istəyirik".
Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.