

Azərbaycanın qızlardan ibarət 3x3 basketbol milisi MDB Oyunlarında finala vəsiqə qazanıb
Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib
Türkiyə ABŞ-la nadir torpaq elementləri sazişi üzərində işləyir
Ermənistanda orduya çağırış və tərxislə bağlı layihə hazırlanıb
İranda Azadlıq Qığılcımı
İranda hicab məcburiyyətinin tətbiqinin dayandırılması xəbəri bütün dünyanın diqqət mərkəzindədir.
Bu qərar təkcə bir qanunun dondurulması deyil, həm də xalqın səsini eşitməyə məcbur qalan rejimin zəif işarəsidir.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi İranda hicaba qadağa olunan qanunun tətbiqinin dayandırılmasına münasibətində deyib.
O, qeyd edib ki, rejim təslim olmaq ərəfəsindədir. Bu sayaq qərarlar və müəyyən qadağaların aradan qaldırılması həm beynəlxalq təzyiqlərin, həm də gənclərin təsirli dirənişinin nəticəsidir:
"İllərlə qadınların iradəsini boğan, onları məcburi geyim kodeksi ilə nəzarət altında saxlayan qanun indi bir addım geri çəkildi. Bu, hələ tam qələbə deyil, lakin azadlıq yolunda ilk qığılcımdır.
Bütün dünyada insan haqları müdafiəçiləri bu qərarı alqışlasa da, hər kəs anlayır ki, qarşıda uzun yol var.
Demokratikləşmə bir gündə baş vermir – amma cəmiyyətin təzyiqi, gənc nəslin mübarizəsi və beynəlxalq dəstək sayəsində dəyişiklik mümkündür.
İranda hicab azadlığı uğrunda mübarizə təkcə qadın azadlığı məsələsi deyil, ümumbəşəri dəyərin müdafiəsidir. Bu gün dayandırılan qanun sabah tam ləğv oluna bilər. Bu proses İranda insan haqlarının və demokratiyanın başlanğıc səhifəsini açacaq".
Cavid