

Azərbaycanın qızlardan ibarət 3x3 basketbol milisi MDB Oyunlarında finala vəsiqə qazanıb
Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun üçüncü iclası keçirilib
Türkiyə ABŞ-la nadir torpaq elementləri sazişi üzərində işləyir
Ermənistanda orduya çağırış və tərxislə bağlı layihə hazırlanıb
Azərbaycan idmançıları ənənəvi karate üzrə dünya çempionatında 5 medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Yaponiyanın paytaxtı Tokioda baş tutan yarışda qurumun ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb.
15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclərdən Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb.
Böyüklərdən İmran Quluzadə (74 kq) gümüş, Mehman Eynalov (+75 kq) bürünc medal qazanıb.
Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov ibarət kollektiv bürünc mükafata yiyələnib.