“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
6 Oktyabr 2025 19:38
1 946
“Radikalların heç bir xarici himayədarı hələ də Gürcüstan Prezidentinin sarayına terror hücumunu pisləməyib. Lakin indi yalnız qınamaq kifayət deyil. Onlar baş verənlərə görə məsuliyyəti bölüşməlidirlər, belə ki, xaricdən yönləndirilən siyasi intriqalar radikalları Gürcüstanda dövlət çevrilişinin təşkilinə gətirib çıxardı”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb.
Onun sözlərinə görə, siyasi radikalizm terrora gətirib çıxarır: “Biz bu həqiqətin təsdiqini ötən şənbə günü zorakı kütlənin Tbilisidə Prezident sarayına basqın etməsində gördük”.
Spiker Prezident sarayına hücumun Gürcüstan tarixində ilk dəfə baş verdiyini vurğulayıb: “Xarici rəsmi şəxslərin aylardır Zurabişvilinin (Gürcüstanın eks-prezidenti Salome Zurabişvili – red.) Gürcüstanın “legitim” prezidenti imicini möhkəmləndirməsi görünür öz rolunu oynamalı idi: qiyamçılar Zurabişvilini Prezident sarayına gətirməli və bununla da “inqilab”a başlamalı idilər”.
9 Yanvar 22:52
1 260
9 Yanvar 21:55
1 134
9 Yanvar 21:24
1 204