
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Aİ 2028-ci ilə qədər Rusiya neft və qazının idxalına qadağa qoyulmasını təsdiqləyiblər
Azərbaycanda 9 ayda 2 min ailə dövlətdən kirayəyə mənzil götürüb
Qrant müsabiqələrində kitab çapı layihələri istisna hallarda maliyyələşdiriləcək
Azərbaycanda qeydiyyata alınan xarici investisiyalı şirkətlərin sayı məlum olub
Azərbaycan və Gürcüstan arasında “İpək yolu” birgə gömrük məntəqəsinin yaradılması istiqamətində əməkdaşlıq davam etdiriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları rəhbərlərinin İstanbulda keçirilən VI birgə iclasında bildirilib.
Tərəflər “İpək yolu” birgə gömrük-keçid məntəqəsi haqqında protokolun imzlanması prosedurlarının tamamlanmasını alqışlayıblar. Sənədin imzalanmasının yaxın gələcəkdə həyata keçirilməsini təmin etmək üçün fəal əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəlinib.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, üçtərəfli görüşdə qonşu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi, ticarət dəhlizi kimi regionun rəqabət qabiliyyətinin artırılmasının vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəliliyinin artırılması və gömrük prosedurlarının sürətləndirilməsi məqsədilə sərhəd-keçid məntəqələrinin tam rəqəmsallaşdırılmasını da müzakirə ediblər. Bunun gömrük rəsmiləşdirilməsi üçün tələb olunan vaxtı və müvafiq olaraq nəqliyyat xərclərini daha da azaldacağı qeyd olunub.
Toplantıda Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyəni ticarət nazirinin müavini Sezai Uçarmak, Gürcüstanı isə Gəlirlər Xidmətinin rəisi İrakli Beraya təmsil edib.