

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə girovların mübadiləsindən sonra Ukraynada sülhün əldə olunmasının mümkünlüyünə nikbin yanaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.
Nəşr onun sözlərini sitat gətirir: "Prezident Tramp çoxdandır ki, girovları azad etdiyi və İsraillə HƏMAS arasında müharibəyə son qoyduğu kimi, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq istəyini ifadə edib. Prezident optimist olaraq qalır."
Məryəm Quliyeva