Rusiya və Şri-Lanka ilk birgə hərbi təlimlərə başlayıb Gündəm

Rusiya və Şri-Lanka ilk birgə hərbi təlimlərə başlayıb

Sosialist respublikasında Rusiya-Şri-Lankanın ilk birgə hərbi təlimləri "Wolverine Trail" başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şri-Lanka Demokratik Sosialist Respublikasındakı Quru Qoşunlarının Təlim Mərkəzində ilk Rusiya-Şri-Lanka birgə təlimi olan "Wolverine Trail 2025" keçirilir. Təlimə Rusiya tərəfində general-mayor Andrey Kozlov, Şri-Lanka tərəfində isə general-mayor Priyantha Nivaratne rəhbərlik edir. Rusiya tərəfini Şərq Hərbi Dairəsindən olan rus hərbçiləri təmsil edir", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məryəm Quliyeva