12:49
672
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Brüsseldə Vladimir Zelenski ilə planlaşdırma münaqişəsi səbəbindən görüşməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Miami Herald” yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerika nümayəndə heyəti Moskvadan gedərkən Avropada dayanmayıb, çünki “vaxt üzrə razılaşmaq mümkün olmayıb”.
Məryəm Quliyeva