Gürcüstan və Ermənistan XİN rəhbərləri regional sülhün vacibliyini müzakirə ediblər
ABŞ Ukraynada döyüşləri dayandırmağı əsas maraq kimi müəyyənləşdirib
Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
12:32
434
Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə cərimə tətbiq ediləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək.