ABŞ Ukraynada döyüşləri dayandırmağı əsas maraq kimi müəyyənləşdirib​​​​​​​ Gündəm

ABŞ Ukraynada döyüşləri dayandırmağı əsas maraq kimi müəyyənləşdirib​​​​​​​

Birləşmiş Ştatların əsas marağı bütün Avrasiya regionunda sabitliyi bərpa etmək üçün Ukraynada döyüşləri dayandırmaqdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında deyilir.

Sənəddə deyilir: “Birləşmiş Ştatlar Ukraynada hərbi əməliyyatların sürətlə dayandırılması ilə bağlı danışıqların aparılmasında fundamental maraqlara malikdir. Qeyd edilir ki, bu, “Avrasiya məkanını stabilləşdirmək” və “Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskini azaltmaq” üçün lazımdır.

Məryəm Quliyeva